Fransadan təxribatçı ADDIM: Türkiyə ərazisini “Kürdüstan” kimi göstərdi
    • 6-01-2023, 09:57
    • 219

Fransadan təxribatçı ADDIM: Türkiyə ərazisini “Kürdüstan” kimi göstərdi

Fransanın "France 24" telekanalı Türkiyə qarşı təxribatçı addım atıb.

News24.az xəbər verir ki, telekanal yayımladığı xəritədə Türkiyə ərazisinin bir hissəsini "Kürdüstan" kimi göstərib. “Vətənsiz kürd milləti: Öz muxtariyyətləri və hüquqları uğrunda yüz illik mübarizə” başlıqlı xəbərdə PKK-nın yalnız Türkiyə tərəfindən terror təşkilatı sayıldığı göstərilib. Kürdlərin öz dövləti olmayan ən böyük etnik qrup olaraq ifadə olunduğu xəbərdə kürdlərin Osmanlı İmperatorluğunun dağılmasından bu yana öz dövlətlərini qurmağa çalışdıqları və onlara qarşı zorakılıqlara məruz qaldıqları iddia edilir. Türkiyə, İraq, Suriya və İrandan onlara qarşı "təzyiqlərin" olduğu qeyd olunub.

Avropa Birliyi tərəfindən də terror təşkilatı kimi tanınan PKK-nın terror təşkilatı kimi bəhs edilməməsi də diqqət çəkib. /sozcu.com.tr/

Aynurə