“Twitter” əməkdaşlarını işdən çıxarmağa davam edir
    • 10-01-2023, 10:57
    • 212

“Twitter” əməkdaşlarını işdən çıxarmağa davam edir

“Twitter” şirkəti cümə günü Dublin və Sinqapur ofislərində çalışan çoxsaylı əməkdaşını işdən azad edib. 

News24.az xəbər verir ki, bu barədə “Bloomberg” nəşri məlumat yayıb.

Məlumatda bildirilir ki, işdən çıxarılanlar arasında şirkətin gəlir siyasəti üzrə keçmiş baş direktoru Analuisa Dominqez də var. Bundan əlavə, şirkətin dezinformasiya siyasətinin icrasına cavabdeh olan işçilər də vəzifələrindən uzaqlaşdırılıb.