Masazırda müəmmalı hadisə: mənzildən...
    • 2-11-2022, 13:07
    • 379

Masazırda müəmmalı hadisə: mənzildən...

Masazırda mənzildən meyit tapılıb.

News24.az-ın əldə etdiyi məlumata görə, hadisə Abşeron rayonu Masazır qəsəbəsi S.Aşıq küçəsində baş verib. Buradakı mənzildən birinci qrup əlil, 1964-cü il təvəllüdlü Nizami Hüseynovun meyiti aşkar edilib.

Hadisə barədə hüquq-mühafizə orqanlarına məlumat verilib.

Araşdırma aparılır.