Bilal Əliyev “TikTok”dan qazandığını hara xərcləyir? – AÇIQLADI
    • 14-01-2023, 10:48
    • 660

Bilal Əliyev “TikTok”dan qazandığını hara xərcləyir? – AÇIQLADI

“Ümumiyyətlə, sosial şəbəkələrdən şəxsi qazancım olmur. “TikTok”dan qazandığımı nə özümə, nə ailəmə, nə də evimə xərcləyirəm. Orada yığılan pulları başqa şəxslər çıxarıb xeyriyyə işlərinə sərf edirlər. O pullar xəstələrə, yardıma ehtiyacı olan şəxslərə yönəlir. Nə qədər pul yığıldığını da bilmirəm

Bunu News24.az-a açıqlamasında Xalq artisti Bilal Əliyev deyib.

Sənətçi bildirib ki, son zamanlar dünyasını dəyişən yaxınına görə “TikTok”a çox girmir: “Mənim qazanc yerim tamam başqadır. Toylara, tədbirlərə gedirəm. Qazancım qeyd etdiyim istiqamətlərdən çıxır. Toylardan qazandığım məbləği isə açıqlamaq istəmirəm”.