Goranboyda qumbaraatan tapıldı
    • 17-01-2023, 13:35
    • 124

Goranboyda qumbaraatan tapıldı

Goranboyda qumbaraatan aşkarlanıb.

DİN-dən News24.az -a verilən məlumata görə, Xocalı rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Goranboy rayonunun Yenikənd kəndi ərazisində sellofan torbaya bükülmüş 1 ədəd "RPQ-7H2" tipli qumbaraatan aşkar edilərək götürülüb.

Götürülən maddi sübut müvafiq ekspertizaya təqdim edilib. Faktla bağlı araşdırmalar davam etdirilir.