"“Məktəblinin dostu” 400 min şagirdi əhatə edir"
    • 18-01-2023, 11:39
    • 149

"“Məktəblinin dostu” 400 min şagirdi əhatə edir"

“Məktəblinin dostu” layihəsi ilk olaraq 30 məktəbdə 112 şəxslə fəaliyyətə başlayıb.

News24.az xəbər verir ki, bunu elm və təhsil nazirinin müşaviri Rüstəm Ağayev bildirib. 

O qeyd edib ki, hazırda layihə Bakı, Sumqayıt və Abşeronda ümumilikdə 220 məktəbi əhatə edir: "Onlardan 20-si Sumqayıt, 20-si Abşeron məktəbləridir. Hazırda layihədə 400 nəfər çalışır, bu isə 400 min şagirdi əhatə edir. Onlar 70 məktəbdə daimi olurlar, digər məktəblərdə isə monitorinqlər edirlər".

Qumral Əliyeva