Azərbaycanda məşqçi futbolçunu iclasda döydü, ağız-burnunu partlatdı
    • 18-01-2023, 18:42
    • 3 514

Azərbaycanda məşqçi futbolçunu iclasda döydü, ağız-burnunu partlatdı

“Zaqatala”da insident yaşanıb. Hadisə komandadaxili toplantıda baş verib.

News24.az  “sportinfo”ya istinadən məlumat verir ki, çalışdırıcı Rüstəm Məmmədovun köməkçisi Nəsib Əliyev yığıncaqda futbolçulardan biri ilə mübahisə edib, onun üstünə qışqırıb.

Bundan ürəyi soyumayan məşqçi həmin oyunçuya fiziki təzyiq göstərib, sillə-təpiyin altına salıb.
Ağız-burunu “dağılan” komanda üzvünü Əliyevin əlindən güclə alıblar.

Çox qəribədir ki, Rüstəm Məmmədov olaya seyrçi qalıb. Baş məşqçi yardımçısının hərəkətinə haqq qazandırıb.