Azərbaycanda məşhur general-leytenant pensiyaya göndərildi — Özündən AÇIQLAMA
    • 20-01-2023, 11:18
    • 264

Azərbaycanda məşhur general-leytenant pensiyaya göndərildi — Özündən AÇIQLAMA

FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin sərəncama götürülən rəisi,  general-leytenant Şahmar Paşayev pensiyaya göndərilib.

News24.az 
xəbər verir ki, bu barədə manset.az-a açıqlamasında generalın özü məlumat verib. 

"Mən hazırda pensiyadayam, Kəmaləddin Heydərov məni pensiyaya göndərib. Fövqəladə Hallar Nazirliyindən uzaqlaşmışam. 7 ildir işləyirdim, indi istirahət edirəm. İstirahət edəcəm, sonra baxım görüm nə edirəm."

Qeyd edək ki, Şahmar Paşayev ölkədə nüfuzlu generallardandır. O uzun illər polis orqanlarında çalışıb. Bakı Şəhər Baş Polis Idarəsinin rəis müavini, Şamaxı, Yasamal, Şirvan və Salyan rayonlarının polis rəisi vəzifələrində işləyib.