-
- 5-10-2022, 01:32
- 246
İƏT və ICESCO üzv ölkələrdə birgə layihələr həyata keçirəcək
Ciddədə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Hissein Brahim Taha və İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Salim bin Məhəmməd Əl-Malik arasında keçirilən görüşdə iki mötəbər təşkilatın üzv ölkələrdə həyata keçirəcəyi birgə layihələr ətrafında fikir mübadiləsi aparılıb.
İƏT-in Baş katibliyindən News24.az-a bildiriblər ki, təşkilatların rəhbərləri İslam aləmində dayanıqlı inkişafın təmin edilməsi istiqamətində üzv ölkələrin hökumətləri ilə daha sıx əməkdaşlığın zəruriliyini vurğulayıblar.
Görüşün ardından İƏT-in və ICESCO-nun departament və sektor rəhbərlərinin iştirakı ilə müzakirələr aparılıb. Bu texniki iclasda yeni birgə layihələrin icrası mexanizmləri, habelə onların maliyyə məsələləri ilə bağlı təkliflər irəli sürülüb. İƏT Baş katibinin köməkçisi Tarik Əli Bexit bildirib ki, əsas hədəf üzv dövlətlərdə sosial, mədəni və təhsil sahələrində həyata keçirilən proqramlara dəstək verilməsidir.
Sonda İƏT-in Baş katibi və ICESCO-nun Baş direktoru əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıblar.