Çingiz Mustafayev: "Yaradanın gücünü hiss edirəm" - VİDEO
    • 17-05-2019, 12:44
    • 1 357

Çingiz Mustafayev: "Yaradanın gücünü hiss edirəm" - VİDEO

Ötən gün "Eurovision 2019"un  II yarımfinalında mükəmməl çıxış edərək finala vəsiqə qazanan Azərbaycan təmsilçisi Çingiz Mustafayev mətbuat konfransından sonra hisslərini bölüşüb.

News24.az-a danışan ifaçı final günü çıxışının daha da mükəmməl olacağını bildirib:

"Hələ bu harasıdır? Gözləyin! Özümə güvənirəm və əminəm. Yaradanın gücünü hiss edirəm. O məni qoruyur. Buna görə də, özümü güclü hiss edirəm. Çıxışım daha da möhtəşəm ola bilərdi. Final günü bunu düzəldəcəyəm. Muğam hissəsini ifa edəndə mən özümü unuduram. Harada olduğumu, adımı, ümumiyyətlə, hər şeyi unuduram, yox oluram. Sonra yenidən səhnəyə qayıdıram".