Bakıda restoranda əcnəbinin pulu və bank kartları oğurlandı
    • 30-01-2023, 11:14
    • 212

Bakıda restoranda əcnəbinin pulu və bank kartları oğurlandı

Bakının Nərimanov rayonu ərazisində yerləşən restoranların birində əcnəbi vətəndaşın içərisində 160 manat, 500 türk lirəsi, 950 ABŞ dolları, 55 avro və bank kartları olan cüzdanının oğurlanması barədə polisə məlumat daxil olub.

DİN-dən News24.az -a verilən məlumata görə, Nərimanov RPİ 18-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Saatlı rayon sakini Elbrus Novruzov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.