"Ərdoğanın prezidentliyə namizədliyi konstitusiyaya uyğundur" - Baxçalı
    • 31-01-2023, 13:11
    • 315

"Ərdoğanın prezidentliyə namizədliyi konstitusiyaya uyğundur" - Baxçalı

MHP sədri Dövlət Baxçalı 2023-cü il seçkilərinin açıq hesabının 14 may 2023-cü il tarixində seçki qutusunda bəlli olacağını bildirib.

News24.az
xəbər verir ki, Baxçalı Rəcəb Tayyib Ərdoğanın prezidentliyə namizədliyinin konstitusiyaya uyğun olduğunu açıqlayıb: "Bu, mənəvi və hüquqi cəhətdən qanunidir. Prezidentimizin bir daha namizəd olmayacağını demək tamamilə əsassızdır. Cənab Ərdoğan yeni sistemlə cəmi bir müddətə seçilib. Yeni sistemlə iki dəfə seçilmə haqqı var. Biz qəti şəkildə inanırıq ki,  Ərdoğan mayın 14-də yenidən seçiləcək. Onun namizədliyinə qarşı çıxmaq siyasi aldanmadır". /Haber Global/ 

Teymur MƏMMƏDOV