Şagirdinə aşiq olan müəllim cinsini dəyişdi - FOTO
    • 1-02-2023, 15:43
    • 272

Şagirdinə aşiq olan müəllim cinsini dəyişdi - FOTO

Hindistanın Racastan şəhərində qeyri-adi sevgi hekayəsi yaşanıb.

News24.az verir ki, Deeg rayonunda yaşayan bədən tərbiyəsi müəllimi Aarav Kuntal öz şagirdinə aşiq olub və evlənmək üçün cinsiyyətinin dəyişdirilməsi üçün əməliyyatı keçirib.

Aarav Kuntal adlı bədən tərbiyəsi müəllimi əslində qadın olaraq doğulub və ailəsi tərəfindən ona Meera adı verilib.

Orta məktəbdə Kalpana adlı qız şagirdə aşiq olan müəllim cinsini dəyişmək qərarına gəlib və adını Aarav olaraq dəyişib.

Cinsiyyət dəyişdirmə prosesi başa çatdıqdan sonra cütlük ailələrinin razılığı ilə nikaha daxil olub.

“Həmişə arzulayırdım ki, cinsiyyət dəyişdirmə əməliyyatı etdirim. İlk əməliyyatımı 2019-cu ilin dekabrında etdim. Mənim üçün proses çox tez başladı” deyə Aarav deyib. 

Müəllimin nikaha daxil olduğu şagirdi isə bildirib ki, onu əvvəldən sevib: "Bu əməliyyatı etməsəydi də onunla evlənərdim. Əməliyyata onunla getdim". /Haber Global/

Teymur MƏMMƏDOV