Evdən naməlum kişi meyiti TAPILDI
    • 23-05-2022, 17:53
    • 279

Evdən naməlum kişi meyiti TAPILDI

Səbail rayonu, Bayıl qəsəbəsindəki evlərin birindən naməlum kişi meyiti aşkar edilib.

News24.az xəbər verir ki, araşdırma zamanı meyitin həmin evdə yaşayan 51 yaşlı Dmitri Vladimiroviç Kulakovskiyə aid olması üzə çıxıb. Meyitin üzərində zorakılıq əlamətləri olmayıb.

Faktla bağlı araşdırma aparılır. /Lent.az/