-
- 25-01-2019, 18:12
- 838
Bakı-Sumqayıt elektrik qatarlarında gediş haqqı artırılır - CƏDVƏL
28 yanvar 2019-cu il tarixdən etibarən Bakı-Sumqayıt-Bakı marşrutu üzrə hərəkət edən elektrik qatarlarında gediş haqqında müəyyən dəyişikliklər ediləcək.
“Azərbaycan Dəmiryolları” QSC-dən News24.az-a verilən məlumata görə, Bakı-Sumqayıt-Bakı marşrutu üzrə hərəkət edən elektrik qatarlarına minik zamanı keçid turniketlərində, bilet kassalarında və köşklərdə yaranan növbələrin aradan qaldırılması məqsədilə kağız biletlərlə yanaşı, elektron plastik kartlar istifadə edilir.
Bu da sərnişinlərin turniketlərdən vaxt itkisinə yol vermədən sərbəst keçidini təmin edir.
Sərnişinlər kağız biletlərdən istifadə etdikdə, biletlərin yararsız hala düşməsi səbəbindən turniketlərdən keçid zamanı problemlərin yarandığını nəzərə alaraq, eyni zamanda, bilet satışı köşklərində, kassalarda yaranmış növbələrin tam aradan qaldırılması, həmçinin, sərnişinlərin plastik kartlardan daha çox istifadəyə cəlb edilməsi və bununla da gediş-gəliş zamanı sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə kağız biletlər və plastik kartlarla gediş haqqı arasında qiymət fərqi tətbiq ediləcək.
Bundan başqa, sözügedən qatarların biznes sinifli vaqonlarında gedişə olan tələbin təklifə uyğunlaşdırılması məqsədilə gediş haqqı tənzimlənəcək.

İstiqamət | Tarif (manatla) (ƏDV daxil olmaqla) | |||
Ekonom | Biznes | |||
Plastik kartla | çap olunmuş biletlə | Plastik kartla | çap olunmuş biletlə | |
Bakı-Sumqayıt (Sumqayıt-Bakı) | 1,0 | 1,10 | 2,00 | 2,10 |
Bakı-Biləcəri (Biləcəri-Bakı) | 0,40 | 0,50 | 1,60 | 1,70 |
Bakı-Xırdalan (Xırdalan-Bakı) | 0,60 | 0,70 | 1,80 | 1,90 |
Biləcəri-Xırdalan (Xırdalan-Biləcəri) | 0,40 | 0,50 | 1,20 | 1,30 |
Biləcəri-Sumqayıt (Sumqayıt-Biləcəri) | 0,80 | 0,90 | 1,80 | 1,90 |
Xırdalan-Sumqayıt (Sumqayıt-Xırdalan) | 0,60 | 0,70 | 1,60 | 1,70 |