ÜST-dən Türkiyədəki zəlzələ ilə bağlı qorxunc PROQNOZ: “Ölümlər 8 dəfə arta bilər...”
    • 7-02-2023, 12:18
    • 224

ÜST-dən Türkiyədəki zəlzələ ilə bağlı qorxunc PROQNOZ: “Ölümlər 8 dəfə arta bilər...”

Ümumdünya Səhiyyə Təşkilatı Türkiyədəki zəlzələ ilə bağlı qorxunc açıqlama verib.

News24.az bildirir ki, qurum dağıntılarda daha çox ölümün ola biləcəyini vurğulayıb. ÜST zəlzələ nəticəsində həyatını itirənlərin sayının 8 dəfə arta biləcəyi ilə bağlı xəbərdarlıq edib.

Zəlzələ ilə bağlı ÜST-nin Avropa üzrə yüksək vəzifəli nümayəndəsi Ketrin Smolvud fikirlərini bu cür ifadə edib:

“Təəssüf ki, zəlzələlərdə həmişə eyni şeyi görürük. Ölən və ya yaralananların sayı yaxın həftələrdə əhəmiyyətli dərəcədə arta bilər”.

Smolvud əlavə edib ki, pis hava şəraiti bölgədə təhlükələri artıracaq.//sfera.az