35 ildən sonra Ermənistan və Türkiyə arasındakı sərhəd qapısı YENİDƏN AÇILDI
    • 11-02-2023, 14:12
    • 245

35 ildən sonra Ermənistan və Türkiyə arasındakı sərhəd qapısı YENİDƏN AÇILDI

İğdırda yerləşən Ermənistan və Türkiyə arasındakı Alican Sərhəd Qapısı 35 ildən sonra Kahramanmaraşdakı zəlzələlərdən zərər çəkmiş vilayətlərə yardım çatdırmaq üçün açılıb.

News24.az xəbər verir ki, Ermənistanda təbii fəlakət bölgəsi üçün hazırlanmış yardımla dolu 5 yük maşını ölkənin nümayəndə heyəti ilə sərhəddəki Əlican körpüsünə gəlib.

Burada İğdır İl Fəlakət və Fövqəladə Hallar üzrə Müdiri Burhan Çöllü və hərbi rəsmilər tərəfindən qarşılanan erməni heyəti rəsmi prosedurlardan sonra zəlzələ bölgəsinə hərəkət edib.

Qeyd edək ki, Alican Sərhəd Qapısı sonuncu dəfə 1988-ci ildə Ermənistanda baş verən zəlzələdə istifadə edilib və Türk Qızıl Ayparasının topladığı yardımlar buradan keçirilərək fəlakət bölgələrinə göndərilib. /Anadolu Ajansı/

Teymur MƏMMƏDOV