İlkin Süleymanovun məhkəməsində növbəti ekspert ifadə verib
    • 15-02-2023, 22:02
    • 310

İlkin Süleymanovun məhkəməsində növbəti ekspert ifadə verib

Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuz rayonunda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun cinayət işi üzrə keçirilən məhkəmə prosesində növbəti ekspert ifadə verib.

Hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən məhkəmə iclasında istintaq zamanı meytin tibbi ekspertizasında iştirak edən Seyfulla İsgəndərov İfadə verib.

O, təqsirləndirilənin İlkin Süleymanovun vəkillərinin istintaq zamanı ekpert rəyləri ilə bağlı suallarını cavablandırıb.

Növbəti məhkəmə iclası fevralın 22-nə təyin olunub və ekspert S.İsgəndərovun ifadəsi davam edəcək.

Xatırladaq ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini N.Quliyeva 2019-cu il noyabrın 21-də itkin düşüb, onun meyiti 2020-ci il yanvarın 6-da yandırılmış halda tapılıb. 2020-ci il yanvarın 10-da isə hadisəni törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü İ.Süleymanov saxlanılaraq istintaqa cəlb edilib.

Ona Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələrində nəzərdə tutulan ittiham elan olunub. /Report/