Virusa görə məktəblərdə davamiyyət azalıb? – Rəsmi AÇIQLAMA
    • 17-02-2023, 13:18
    • 139

Virusa görə məktəblərdə davamiyyət azalıb? – Rəsmi AÇIQLAMA

Ölkədə uşaqlar və yeniyetmələr arasında yüksək hərarətlə müşahidə edilən xəstəlik yayılmaqdadır. Belə olan halda uşaqlar arasında xəstəliyin sürətlə yayılması tədris prosesinə də təsirsiz ötüşmür. Valideynlər övladlarını məktəbə göndərmək istəmir, virusa yoluxacaqlarından ehtiyat edirlər.

Maraqlıdır, hazırda şagirdlər arasında davamiyyət nəcədir?

Bakı Şəhər Təhsil İdarəsindən News24.az-ın sorğusuna cavab olaraq qeyd olunub ki, bu günə olan tarixə əsasən, paytaxtdakı ümumtəhsil müəssisələrində davamiyyət normaldır. 

"Kəskin hava şəraiti olan günlər istisna olmaqla davamiyyətdə bir ciddi fərq müşahidə etmirik",- deyə qurumdan bildirilib.

Humay İsgəndərova