Müğənni ilə rəqqasənin ölüm səbəbi bilindi
    • 20-02-2023, 14:59
    • 682

Müğənni ilə rəqqasənin ölüm səbəbi bilindi

Gəncədə müğənni və rəqqasənin vəfat etdiyi hadisə ilə bağlı bəzi məqamlar üzə çıxıb.

News24.az -ın əldə etdiyi məlumata görə, ilkin araşdırmalardan sonra 1989-cu il təvəllüdlü Əliyev Turxan Tofiq oğlunun və 2000-ci il təvəllüdlü Abdullayeva Aytən Elsəvər qızının dəm qazından zəhərlənmə səbəbindən vəfat etmələri müəyyənləşib.

O da məlum olub ki, hər iki şəxs fevralın 18-də Gəncə şəhər sakini Y.Rzayevaya məxsus evə qonaq gediblər. Onlardan xəbər ala bilməyən yaxınları polisə müraciət ediblər. Fevralın 19-da günorta saatlarında isə hər iki şəxsin qonaq getdikləri evdə həyatını itirdikləri məlum olub.
Hadisə ilə bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır. //qafqazinfo