Gecə güclü külək başlayacaq
    • 20-02-2023, 17:32
    • 249

Gecə güclü külək başlayacaq

Bakıda və Abşeron yarımadasında fevralın 20-si axşamdan 21-i gündüzədək şimal-qərb küləyi 15-20 m/s, arabir 23-28 m/s, fevralın 22-də 15-18 m/s, arabir 20-25 m/s cənub küləyi ilə əvəz olunacaq.

News24.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin Küləkli hava şəraiti ilə bağlı yaydığı məlumatda bildirilib.

Azərbaycanın rayonlarında fevralın 20-24-də qərb küləyi 15-20 m/s, arabir 23-28 m/s-dək güclənəcək.