Ukraynalı nazir açıqladı: “Rusiya ilə sülh yalnız bu şərtlə ola bilər...”
    • 21-02-2023, 12:42
    • 227

Ukraynalı nazir açıqladı: “Rusiya ilə sülh yalnız bu şərtlə ola bilər...”

Ukrayna XİN rəhbəri Dmitri Kuleba Şərqi Avropada və bütün Avroatlantik məkanda davamlı sülhün bərqərar olması üçün bir neçə şərt olduğunu bildirib. 

News24.az
xəbər verir ki,  XİN sözcüsünün fikrincə, bu şərtlərdən biri Rusiyanın transformasiyasıdır.

“Ruslar özləri normal həyata qayıtmaq üçün nəyi dəyişdirmək lazım olduğunu düşünməlidirlər. Rusiya təhlükə olmaqdan çıxanda davamlı sülh mümkün olacaq”, - nazir bildirib.