Sumqayıtda 2-ci sinif şagirdi dünyasını dəyişdi - FOTO
    • 22-02-2023, 15:30
    • 142

Sumqayıtda 2-ci sinif şagirdi dünyasını dəyişdi - FOTO

Sumqayıtda 2-ci sinif şagirdi dünyasını dəyişib. 

News24.az xəbər verir ki, H.Z. Tağıyev qəsəbəsində yaşayan A.Ravil bir neçə gün öncə suçiçəyi xəstəliyinə yoluxub. 

Nəticədə onun qızdırması qalxmış və səhhəti ağırlaşmışdı. Valideynləri uşağı 1 saylı Kliniki Tibbi Mərkəzə (Semaşko) aparan zaman o, yolda vəfat edib. 

Məlumata görə, həkimlər məktəblinin cansız bədənini yalnız polis əməkdaşları gələndən sonra valideynlərinə təhvil veriblər.