Bakıda daha bir “Prius” qəzası
    • 24-02-2023, 12:48
    • 239

Bakıda daha bir “Prius” qəzası

Bu gün havanın yağıntılı olması səbəbindən Bakıda bir neçə yol qəzası baş verib.

News24.az-ın xəbər verir ki, əsasən taksi fəaliyyəti ilə məşğul olan avtomobillərin qəza törətməsi müşahidə edilir. Həmin qəzalardan biri paytaxtın Nəsimi rayonunda baş verib. “Uber” taksi sisteminə qoşulmuş “Toyota Prius” markalı avtomobil idarəetmədən çıxaraq yolun ortasındakı maneəyə çırpılıb və yol hərəkəti nişanını sındıraraq dayanıb.

Hadisə yerindən çəkilən fotonu təqdim edirik.

Taleh BAĞIROV