Trans kişilər, evliliyi ağılsızlıq sayanlar - QADINLAR DÖVLƏTDƏN KİŞİ TƏLƏB EDİR
    • 14-10-2019, 10:30
    • 1 516

Trans kişilər, evliliyi ağılsızlıq sayanlar - QADINLAR DÖVLƏTDƏN KİŞİ TƏLƏB EDİR

Ailə həyatı qurmağın bir çox çətinliyi var. Bəzi ölkələrin xanımları üçün isə ən böyük problem kişi qıtlığının olmasıdır.

News24.az xəbər verir ki, bu ölkələrin sırasında ilk yerlərdən birini Avstraliya tutur. Burada 1 kişiyə 5 qadın düşür.  Buna görə də xanımlar dövlətdən ölkəyə  xarici vətəndaşların gətirilməsini tələb edirlər. Tarixin ən az kişi sakinin yaşadığı ölkəyə qadınlarla tanış olmağa gələn kişilərə tətil hədiyyə olunur.

Tailanda isə vəziyyət bir qədər fərqlidir. Burada cinsiyyətini dəyişən kişilərin sayının çoxluğu xanımlara ailə qurmaqda prolem yaradır. İstəyinə uyğun kişi tapa bilməyən tailanlı qadınlar çarəni başqa ölkələrdə axtarmaqda tapılar.

Monqolıstanda arıq xanımların ailə qurması problemə çevrilib. Buna görə də dövlət bu xanımlara dəstək olur. Hətta arıq xanımla ailə həyatı quran kişilərə başlıq pulu da ödənilir.

Sinqapur dünyanın ən zəngin ölkələri sırasında olsa da, dövlət subay xanımların sayının artmasından narahatdır. Buna görə də ölkədə evliliyə həvəsləndirmək üçün müxtəlif dəstəklər var. Hətta əhalinin sayının azalmasından ehtiyyat edən dövlət ən azı 3 uşaq dünyaya gətirən qadınlara doğum pulu da ödəyir.

İslandiya höküməti bu ölkənin qadınları ilə ailə həyatı quran qaçqın kişilər 5 min dollar ödəyəcəyini açıqlayıb. Xəbər yayıldıqdan sonra isə bu ölkəyə gəlmək istəyən kişilərin sayının artdığını görən hökümət bu xəbəri yalanlayıb. Eyni zamanda İslandiya doğulan çox sayda uşağın valideynləri rəsmi nikahda deyil.

Yaponiyada isə kişilər evlənməyi ağılsızlıq sayır. Buna görə də ölkədə evlilik sayı aşağıdır. Subay qalan xanımlar isə müxtəlif saytlardan ər kirayələyirlər.