"İdlib əməliyyatı an məsələsidir" - ƏRDOĞAN AÇIQLADI
    • 19-02-2020, 14:20
    • 557

"İdlib əməliyyatı an məsələsidir" - ƏRDOĞAN AÇIQLADI

"İdlibdə rejimin təcavüzünə son qoymaq və Soçi memorandumu sərhədlərinə geri çəkilmək üçün son xəbərdarlıqlarımızı edirik. Təəssüf ki, bu günə qədər istədiyimiz nəticəni əldə edə bilmədik. Danışıqlar davam etsə də, masanın istədiyimiz yerdən uzaq olduğu aydındır".

News24.az xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan deyib. Türkiyə lideri  "hər əməliyyatda olduğu kimi, gecə ilə gələ bilərik" deyib: "İdlib əməliyyatı an məsələsidir. Xüsusilə İdlibdən ayrılmayacağıq. Şənbə günü cənab D.Tramp ilə bu məsələni müzakirə etdik və bu nəticələri onunla bölüşdük. Bu bölgədəki hadisələrin yükünü ölkəmizə yükləmək niyyətində deyilik".