Çində ölüm halları artmaqda DAVAM EDİR
    • 22-02-2020, 09:49
    • 934

Çində ölüm halları artmaqda DAVAM EDİR

Çində koronavirusa yoluxanların sayı 76 min nəfəri ötüb. Onlardan 2345 nəfər ölüb, 20 min 659 nəfər sağalıb və xəstəxanalardan buraxılıb.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, bu rəqəmlər Komitəsinin hesabatında yer alıb. Hesabatda deyilir: "Dövlət Səhiyyə Komitəsinin 31 əyalətdən (rayon, mərkəzi tabeliyindəki şəhərlər) aldığı məlumata görə, indiyədək 76 min 288 nəfərin yeni koronavirus infeksiyasına yoluxub. Hazırda yoluxanların sayı 53 min 284 nəfərdir (11 min 477 nəfərin vəziyyəti ağırdır). 20 min 659 nəfər xəstəxanalardan buraxılıb. Ölənlərin sayı isə 2345-dir".