İsrail xarici turistlər üçün ölkəyə girişi TAM BAĞLADI
    • 19-03-2020, 13:46
    • 621

İsrail xarici turistlər üçün ölkəyə girişi TAM BAĞLADI

İsrailin Əhali İdarəsi xarici turistlərin ölkəyə gəlməsinə tamamilə qadağa tətbiq edib.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Turizm Nazirliyi məlumat yayıb. Qeyd edilib ki, hətta onlar gəldikdən sonra ev karantinində olacaqlarını sübut edə bilsələr belə ölkəyə girişə imkan veriləməyəcək. 

Qeyd edək ki, bundan əvvəl qadağa xarici turistlər üçün iki həftəlik giriş məhdudiyyətini nəzərdə tutub. Səhiyyə Nazirliyi koronavirusun yayılmasını dayandırmaq üçün bu tədbirlərin sərtləşdirilməsini tövsiyə edib.

Ötən gündən etibarən isə vətəndaşlığı və ya İsraildə yaşayış icazəsi olmayan bütün xarici vətəndaşlar üçün giriş bağlanıb. Bu tədbir bütün sərhəd keçid məntəqələrində tətbiq edilir.