Çin ABŞ-a koronavirusla mübarizədə KÖMƏK ETMƏYƏ HAZIRDIR
    • 27-03-2020, 10:29
    • 488

Çin ABŞ-a koronavirusla mübarizədə KÖMƏK ETMƏYƏ HAZIRDIR

"Çin koronavirus epidemiyasının yayılmasına qarşı ABŞ-a hər cür kömək və dəstək verməyə hazırdır".

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Çin Xalq Respublikasının prezidenti Si Cinpin ABŞ prezidenti Donald Trump ilə telefon danışığı zamanı söyləyib. O qeyd edib ki, mövcud vəziyyətdə Çin və ABŞ birləşməli və epidemiyaya qarşı mübarizə aparmalıdırlar:"Bəzi Çin şirkətləri və müəssisələri ABŞ-a humanitar yardım göstəriblər. Çin Amerikanın  qarşılaşdığı mövcud çətinlikləri başa düşür, hər cür kömək və dəstək verməyə hazırdır".

S.Cinpin əlavə edib ki, Çin epidemiya ilə mübarizə sahəsində ABŞ ilə təcrübə və məlumat mübadiləsini davam etdirəcək.