20 hərbçidə koronavirus AŞKARLANDI
    • 26-05-2020, 19:49
    • 466

20 hərbçidə koronavirus AŞKARLANDI

Rusiyanın Sverdlovsk vilayətində yerləşən bir hərbi hissənin 20 hərbçisində koronavirus testinin nəticəsi müsbət çıxıb.

News24.az xəbər verir ki, müayinə zamanı dörd nəfərdə koronavirusun aktiv olduğu müəyyənləşdirilib və həmin şəxslər xəstəxanaya yerləşdirilib.

Xatırladaq ki, Rusiya yeni koronavirusa yoluxanların ümumi sayına görə (362.342) hazırda üçüncü yerdədir.