ABŞ-nin təzyiqi ilə Çin rus neftindən imtina etdi
Dünya
ABŞ ölkələrə Rusiya neftini almamağı tələb edir.
News24.az xəbər verir ki, Çinin dövlət neft şirkətləri ABŞ-nin sanksiyalarından qorxaraq Rusiya neftinin idxalını dayandırıblar. Yerli medianın məlumatına görə, Çin şirkətləri ABŞ-nin “Rosneft” və “Lukoil” şirkətlərinə tətbiq etdiyi sanksiyalardan sonra dəniz yolu ilə neft almağı müvəqqəti dayandırıb.
Hazırda Rusiya neftinin əsas alıcılarından biri olan Hindistan da idxalı azaltmağa hazırlaşır. Mütəxəssislər bildirirlər ki, bu qərar Rusiya üçün gəlir itkisinə, həmçinin dünya bazarında neft qiymətlərinin artmasına səbəb ola bilər.
Çin indiyədək dəniz yolu ilə gündə 1,4 milyon barel Rusiya nefti alırdı. ABŞ-nin təzyiqlərinin Türkiyəyə də yönələ biləcəyi bildirilir. ABŞ Prezidenti Donald Tramp NATO ölkələrinin Rusiya ilə enerji ticarətini tənqid edib və Türkiyədən rus neftinin idxalını dayandırmağı istəyib.
Xeyrənsə Piriyeva