Alla Puqaçova Rusiyada bir saat - DİNDİRİLDİ
Dünya
Rusiyanın məşhur müğənnisi Alla Puqaçova noyabrın 2-də Rusiyaya qısa müddətdə qayıdarkən sərhədçilər tərəfindən təxminən bir saat dindirilib.
News24.az xəbər verir ki, bu barədə "Mash" telegram kanalı məlumat yayıb.
Kanalın məlumatına görə, sərhədçilər müğənninin səfərinin məqsədini, vaxtını və s. aydınlaşdırıblar.
Müğənnidən qapalı söhbət üçün xüsusi otağa getməyi xahiş ediblər. Vətəninə buraxılmayacağı üçün narahatlıq keçirən estrada ulduzu sakitləşmək üçün davamlı danışıb. Daha sonra o, xaricdə həyatın həm mənəvi, həm də maddi cəhətdən çətinliklərindən danışıb. Həyat yoldaşı və övladlarından da söz açıb.
Daha sonra müğənni sərhədçilərə imzalı fotolarını hədiyyə edib.
Qumral