Arka sokakların aktyoru qocalar evinə yerləşdirildi
Dünya
"Arka sokaklar" serialında "Vedat müdür" obrazını canlandıran aktyor Murat Ormiyak qocalar evinə yerləşdirilib.
News24.az xəbər verir ki, 80 yaşlı aktyor artıq layihələrdən təklif gəlmədiyini bildirib.
Aktyor təkliflər olarsa, yenidən seriallara çəkilmək istədiyini də gizlətməyib.
Murat Ormiyak "Arka sokaklar" serialı üçün darıxdığını ifadə edərək, "17-20 il aktyorluq edə biləcəyim "Arka sokaklar" kimi bir layihə olarsa, çox xoşbəxt olaram" deyə bildirib.(musavat)