“Bazar Kralı” təyyarə qəzasında - HƏLAK OLDU - FOTO
Dünya
Rusiyanın Volqodonsk şəhərində tanınmış iş adamı Anatoli Yevsyukov həyat yoldaşı ilə birlikdə Əfqanıstanda təyyarə qəzasında həlak olub.
R TV Rusiya mətbuatına istinadən xəbər verir ki, yanvarın 20-də axşam saatlarında Rusiya Federasiyasının mülki təyyarələrinin dövlət reyestrində qeydiyyatdan keçmiş “Falcon 10” biznes-jeti ilə Əfqanıstanın şimal-şərqindəki Bədəxşan əyaləti üzərində rabitə əlaqəsi kəsilib.
Təyyarənin sərnişinlərinin Volqodonskda tanınmış şəxslər, iş adamları Anna və Anatoli Yevsyukov olduğu məlum olub. Anatoli Yevsyukov Volqodonskda “Maşenka”, “Atlant”, “Avanqard” və bir sıra bazar və ticarət mərkəzinin, həmçinin müxtəlif daşınmaz əmlaklarının sahibi olub və onları idarə edib.
Aslan Nadiroğlu