Ərdoğan kosmosdakı ilk türk astronavtla - DANIŞDI

Ərdoğan kosmosdakı ilk türk astronavtla - DANIŞDI Dünya

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan kosmosa yollanan ilk türk astronavt Alper Gezeravcı ilə canlı bağlantı vasitəsilə danışıb. 

News24.az "Hürriyet"ə istinadən xəbər verir ki, Gezeravcı kosmik stansiyaya çatdıqlarını bildirib. 

Onun sözlərinə görə, ilk səyahət 10 dəqiqə müddətində olub:

"Cənab prezident, səyahətimizin birinci hissəsi 10 dəqiqə çəkdi və ən çətini də bu oldu. Hazırlanmış komanda olaraq daim dəstək verirdik. Planlaşdırıldığı kimi kosmik stansiyaya çatdıq".

O bildirib ki, alimlər araşdırmalarını davam etdirir. 

Qumral