Ermənistanda ağır qəza: - 15 nəfər yaralandı

Ermənistanda ağır qəza: - 15 nəfər yaralandı Dünya


Ermənistanın Tavuş vilayətində ağır yol-nəqliyyat hadisəsi baş verib.

News24.az axar.az-a istinadən bildirir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Məlumata görə, İcevan-Göyçə-İrəvan avtomobil yolunda "Qazel" markalı mikroavtobusla VAZ 2106 markalı minik avtomobili toqquşub.

Məlumata görə, qəza nəticəsində 15 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə İcevandakı xəstəxanaya yerləşdiriliblər.