Ermənistandan dəhliz açıqlaması: - “Reallaşdıra bilsək...”

Ermənistandan dəhliz açıqlaması: - “Reallaşdıra bilsək...” Dünya

Ermənistan hökumətinin təşəbbüsü ilə irəli sürülmüş “Sülh qovşağı” layihəsi Orta Dəhlizin ayrılmaz hissəsinə çevrilməlidir.

News24.az Teleqraf.com-a istinadla xəbər verir ki, bunu Ermənistan iqtisadiyyat naziri Vahan Kerobyan deyib.

Onun sözlərinə görə, “Sülh qovşağı” Ermənistan əhalisinin rifahının yüksəldilməsi və sosial ədalətin təmin edilməsi mənbəyinə çevrilə bilər:

“Çünki infrastrukturun inkişafı qlobal mallara çıxışı artıracaq”.

Orta Dəhliz Çindən Avropaya uzanan xətdir. Bu, “Şərq-Qərb” və ya “Transxəzər” dəhlizi də adlanır.

“Sülh qovşağı”na gəlincə, bu, Ermənistanla Azərbaycan və Türkiyə arasında nəqliyyat yollarının və ya dəhlizlərinin bərpasını nəzərdə tutur.