Göyərtəsində Pezeşkianın da olduğu təyyarə Moskvaya eniş etdi - KİV

Göyərtəsində Pezeşkianın da olduğu təyyarə Moskvaya eniş etdi - KİV Dünya

İran hökumətinə məxsus təyyarə Moskvanın “Vnukovo” hava limanına enib.

News24.az xəbər verir ki, bu barədə “Mash” məlumat yayıb.

İlkin ehtimallara görə, təyyarənin göyərtəsində İran prezidenti Məsud Pezeşkian da ola bilər.

Bununla yanaşı ABŞ prezidenti Donald Trampın bu gecə bəyanat verməyə hazırlaşdığı bildirilib.

Monitorinq kanallarının məlumatına görə, Nikolas Maduronun ələ keçirilməsi əməliyyatında iştirak etmiş ABŞ təyyarələri Yaxın Şərq istiqamətində uçur.

Amerika KİV-ləri daha əvvəl yazıb ki, Vaşinqton ölkə daxilində etirazları artırmaq və dövlət binalarının ələ keçirilməsinə səbəb olmaq məqsədilə İranın güc strukturlarına və hakimiyyətin yuxarı eşalonuna qarşı nöqtəvi zərbələr imkanını nəzərdən keçirir.