Hərbi hissədə ATIŞMA: - ölənlər var

Hərbi hissədə ATIŞMA: - ölənlər var Dünya

İranda hərbi hissədə atışma baş verib.

News24.az xəbər verir ki, İranın Kerman Vilayətində yerləşən Bağin hərbi hissəsində bir əsgər odlu silahdan atəş açaraq 5 nəfər hərbçini öldürüb.

Məlumata əsasən, İran Ordusunun Cənub-Şərqi Korpusunun komandanı Əmir Qulamian sözügedən insidenti təsdiq edib. 

Cinayəti törədən hərbçinin hadisə yerindən qaçdığını və onun saxlanılması istiqamətində əməliyyatların davam etdirildiyini bildirib.

Nəzrin