Hindistanda əyləncə parkında yanğın olub, 28 nəfər ölüb
Dünya
Hindistanın Qucart ştatının Rackot şəhərində əyləncə parkının oyun zalında yanğın olub.
News24.az APA-ya istinadən verdiyi xəbərə görə, yanğın nəticəsində əksəriyyəti uşaq olmaqla, 28 nəfər ölüb.
Hadisə zamanı parkda 300-ə qədər insan olub.
İlkin ehtimala görə, yanğının səbəbi elektrik xəttində qısaqapanmadır.