"İrəvan Qərbə boyun əyib, Moskvanı əvəzləməyə çalışır" - Lavrov
Dünya
“İrəvan Qərbin təkidlərinə boyun əyərək, Moskva ilə müttəfiqliyi Qərbin “qeyri-müəyyən vədləri” ilə əvəzləməyə çalışır”.
News24.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov 2023-cü ilin yekunlarına dair “TASS”a eksklüziv müsahibəsində bildirib.
“Təəssüf ki, rəsmi şəxs qərblilərin təsiri altına düşüb və xarici siyasət xəttini yenidən formatlamağa çalışır. Bu, Moskva ilə zamanın sınağından çıxmış müttəfiqlik əlaqələrini Qərbə dəyişdirir, hətta konkret yardımı yox, yalnız qeyri-müəyyən vədləri dəyişir”, - Rusiya XİN rəhbəri bildirib.
Lavrovun fikrincə, strateji dönüşün gedişinə haqq qazandırmaq üçün Ermənistanın bütün bədbəxtliklərində, o cümlədən Qarabağın itirilməsində Rusiyanı günahlandırmağa cəhd edilir. "Biz öz narahatlığımızı dəfələrlə ictimaiyyət qarşısında danışmışıq və Ermənistan hakimiyyətinin qeyri-dost addımlarını bir daha sadalamağın mənası yoxdur", - nazir Lavrov qeyd edib.
Ayşən