İsrail “Eurovision”dan kənarlaşdırılacaq?
Dünya
Finlandiyada musiqiçilər İsrailin "Eurovision" mahnı müsabiqəsindən kənarlaşdırılmasını tələb ediblər.
News24.az xarici KİV-ə istinadən xəbər verir ki, mindən çox musiqiçi imza toplayıb. Onların fikrincə, müsabiqənin təşkilatçısı Avropa Yayım Birliyi (EBU) israilliləri musiqi yarışmasından kənarlaşdırmaqdan imtina edərsə, Finlandiya öz iştirakçısını geri götürməlidir.
Onlar İsraili Qəzza zolağında hərbi cinayətlərdə ittiham edirlər.
Xatırladaq ki, Qəzzada hərbi əməliyyatlar ötən il oktyabrın 7-də başlayıb. HƏMAS-ın hücumundan sonra İDF Qəzzada hərbi əməliyyata başlayıb. Daha sonra İsrail hökuməti ölkənin müharibə vəziyyətinə keçdiyini elan edib.
Qumral