İsrail nə qədər yaraqlını MƏHV EDİB? - VİDEO

İsrail nə qədər yaraqlını MƏHV EDİB? - VİDEO Dünya

Qəzza zolağında 100 gündən artıq davam edən əməliyyatlarda İsrail ordusu HƏMAS yaraqlılarının 30 faizə qədərini zərərsizləşdirib.  

RTV-nin xəbərinə görə, bu barədə  “The Wall Street Journal” yazıb. 

Yazıda bildirilib ki, bu rəqəmlər hələ tam qələbə anlamına gəlmir. Qəzet ABŞ kəşfiyyatının HƏMAS-ın tərkibində 30 min nəfərə yaxın silahlının olduğu barədə məlumat yaydığını xatırladıb. 

Qəzet əlavə edib ki, təşkilatın hələ bir neçə ay döyüşmək üçün kifayət qədər silah-sursatı var.  

Qeyd edək ki, Fələstin hərəkatı həmçinin anklavın şimalındakı Qəzza şəhərində polis varlığını bərpa etməyə çalışır.

Fərid Azəri