İsrailli futbolçu Türkiyədə saxlanıldı

İsrailli futbolçu Türkiyədə saxlanıldı Dünya

Türkiyənin “Antalyaspor” futbol klubunun israilli yarımmüdafiəçisi Saqiv Jehezkel Qəzzada hərbi əməliyyata dəstək üçün verdiyi saxlanılıb.

News24.az xəbər verir ki, bu barədə  Türk mediası məlumat yayıb.

Bildirilir ki,  Antalya Baş Prokurorluğu tərəfindən israilli futbolçuya qarşı "ictimaiyyəti açıq şəkildə nifrət və düşmənçiliyə sövq etmək" ittihamı ilə istintaq başladılıb.

Buna səbəb onun vurduğu qolu 7 oktyabrda HƏMAS-ın hücumları nəticəsində əsir düşən israillilərə həsr etməsidir. Jehezkel qoldan sonra qolundakı sarğıya yazdığı “100 days. 7. 10” yazısını nümayiş etdirmişdi.

Mehriban Mirzəzadə