Lavrov Nyu Yorka getdi

Lavrov Nyu Yorka getdi Dünya

Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT Təhlükəsizlik Şurasının keçirdiyi tədbirlərdə iştirak etmək məqsədilə Nyu-Yorka gəlib.

News24.az xəbər verir ki, bu barədə “RİA Novosti”məlumat yayıb.

Nazirin BMT- yə səfərinin yanvarın 22-dən 24-dək davam edəcəyi gözlənilir. O, BMT Təhlükəsizlik Şurasının Yaxın Şərqdəki vəziyyətə , o cümlədən Fələstin məsələsinə dair rüblük açıq debatlarında, həmçinin Rusiyanın təşəbbüsü ilə Ukrayna məsələlərinə dair Təhlükəsizlik Şurasının iclasında iştirak edəcək.

Qeyd edək ki, nazir sonuncu dəfə ötən ilin sentyabrında BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsində iştirak etmək üçün Nyu-Yorka səfər edib.

Mehriban Mirzəzadə