Makronun həyat yoldaşı əslində Jan Mişeldir?
Dünya
Fransa prezidenti Emmanuel Makronun həyat yoldaşı Bricit Makron ölkənin rəsmi vergi portalında kişi adı olan Jan-Mişel ilə qeydiyyatdan keçib.
News24.az xəbər verir ki, bu barədə Fransanın BFMTV kanalının sənədli filmində məlumat verilib.
Filmdən yayılan fraqmentdə birinci xanımın administrasiyasının rəhbəri Tristan Brom bildirib ki, bu hadisə keçən ilin sentyabr ayında vergi məlumatlarının yoxlanışı zamanı baş verib.
Onun sözlərinə görə, Bricit Makronun adı göstərilməli olan hissədə gözlənilmədən kişi adı peyda olunub. Filmin müəllifləri vurğulayıblar ki, bu texniki səhv deyil, sistemə kənar müdaxilə edilib.
Yelisey sarayı hadisəyə ciddi yanaşıb və Bricit Makron hadisə ilə bağlı rəsmi şikayət verib. Araşdırma zamanı məlumatların dəyişdirilməsində iştirak etmiş iki mümkün şübhəli müəyyən edilib.
Qeyd edək ki, 2022-ci ildə KİV-də yayılan məlumatlarda Bricit Makronun kişi olaraq doğuldu iddia olunub.
Daha əvvəl isə Emmanuel Makron və həyat yoldaşının məhkəməyə birinci xanımın qadın olduğunu sübut edən “foto və elmi dəlilləri” təqdim etməyi planlaşdırdıqları bildirilib.