Mərmərəni qorxudan Eniş: - 65 ildə bir ilk!
Dünya
Türkiyənin Ekologiya, Şəhərsalma və İqlim Dəyişiklikləri Nazirliyi Meteorologiya Baş İdarəsinin məlumatına görə, 2025-ci ilin iyul ayında Türkiyə üzrə yağıntılar ötən ilin eyni dövrünə nisbətən 71 faiz azalıb.
News24.az xəbər verir ki, hesabata əsasən, 1991–2020-ci illər üzrə uzunmüddətli orta iyul yağıntısı hər kvadratmetrə 15,6 kq təşkil edib. 2024-cü ilin iyulunda bu rəqəm 32,7 kq olsa da, cari ilin iyulunda cəmi 9,6 kq olub. Yağıntılar normadan 39 faiz, ötən ilin eyni ayına görə isə 71 faiz aşağı düşüb.
Xüsusilə Mərmərə bölgəsində azalma son 65 ilin ən aşağı səviyyəsinə enib. Egey bölgəsinin böyük hissəsi, Qərbi Qaradəniz, İç Anadolu, Şərqi Aralıq dənizi və Cənub-Şərqi Anadolu bölgələrində, o cümlədən Antalya, Şanlıurfa, Mardin, Şırnak, Batman, Van və Dənizlidə yağıntılar normadan 80 faizdən çox azalıb.