Moskva metrosunda bıçaqlanma

Moskva metrosunda bıçaqlanma Dünya


Moskva metrosunda baş verən bıçaqlanma hadisəsinin görüntülərini yayılıb.

R TV xəbər verir ki, video görüntüləri yerli prokurorluq yayıb. Qarşıdurma üç tanış arasında şifahi mübahisə ilə başlayıb, münaqişə tez bir zamanda əlbəyaxa döyüşə çevrilib.

Daha əvvəl məhkumluq həyatı yaşamış 41 yaşlı vətəndaş çantasından bıçaq çıxararaq və 30 yaşlı tanışına xəsarət yetirib. Zərərçəkən xəstəxanaya aparılıb və cinayəti törədən şəxs isə polislər tərəfindən saxlanılıb. 

Prokurorluqdan bildirilib ki,  cinayəti törədən şəxsə qarşı on ilə qədər həbs cəzası verilə bilər. Qeyd edək ki, qəsdən sağlamlığa ciddi ziyan vurma maddəsinin ikinci hissəsi üzrə cinayət işi açılıb.