NATO 5 min hərbçisini bu ölkəyə yerləşdirir

NATO 5 min hərbçisini bu ölkəyə yerləşdirir Dünya

Bolqarıstan ərazisində təxminən 5 min NATO əsgərinin yerləşdirilməsi üçün infrastruktur obyektləri tikiləcək.

News.24.az xəbər verir ki, bu barədə Bolqarıstan müdafiə naziri Todor Taqarev məlumat verib.

“Mənim ABŞ-a səfərim zamanı ərazimizdə çoxmillətli NATO döyüş qrupunun yerləşdirilməsi üçün lazımi infrastrukturun təmin edilməsi imkanları müzakirə edildi. ABŞ infrastrukturun inşasını maliyyələşdirmək üçün kömək etməyə hazırdır”, - Taqarev bildirib.

Mehriban Mirzəzadə