Orban İsveçin baş nazirini Macarıstana buna görə çağırdı...

Orban İsveçin baş nazirini Macarıstana buna görə çağırdı... Dünya

Orban İsveçin baş nazirini Macarıstana buna görə çağırdı...

Macarıstanın baş naziri Viktor Orban İsveçin baş naziri Ulf Kristerssonu şimal ölkənin NATO-ya daxil olması məsələsini müzakirə etmək üçün Budapeştə dəvət edib.

News24.az xəbər verir ki, bu barədə Orban X sosial şəbəkəsində, məlumat yayıb.

"Bu gün mən İsveçin NATO-ya daxil olması ilə bağlı danışıqlar aparmaq üçün Macarıstana səfərlə bağlı İsveçin Baş naziri Ulf Kristerssona dəvət məktubu göndərdim",-  deyə o qeyd edib.

Mehriban Mirzəzadə